İrandan Fransaya ağır zərbə: İki vətəndaş haqda QƏRAR VERİLDİbackend

İrandan Fransaya ağır zərbə: İki vətəndaş haqda QƏRAR VERİLDİ

İranda iki Fransa vətəndaşı, Sesil Kohler və Jak Paris Fransa və İsrailin xeyrinə casusluq ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum edilib.

KONKRET.az xəbər verir ki, Kohler və Paris 2022-ci ildən İranda həbsdə olan yeganə Fransa vətəndaşlarıdır.

Məlumata görə, onlardan biri Fransanın xeyrinə casusluğa görə 6 il, milli təhlükəsizliyə qarşı sui-qəsddə iştirak etdiyinə görə 5 il, İsrail kəşfiyyatına yardıma görə isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

İkinci şəxs isə Fransaya casusluq ittihamı ilə 10 il, milli təhlükəsizliyə qarşı sui-qəsdə görə 5 il və İsrail kəşfiyyatına yardım ittihamı ilə 17 il həbs cəzasına məhkum olunub.

Hər iki məhkumun qərardan apellyasiya şikayəti vermək hüququ olduğu bildirilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*