Tovuzda qatarın vurduğu şəxs hadisə yerində ölüb.
KONKRET.az xəbər verir ki, NOCOMMENT.az-ın məlumatına görə, ölən şəxsin kimliyi dəqiqləşdirilir.
***
Tovuzda bədbəxt hadisə olub.
KONKRET.az xəbər verir ki, NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Böyük-Kəsik-Gürcüstan dəmir yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki dəmir yolu xətti keçmək istəyən orta yaşlı kişini qatar vurub.
Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.
