NATO təlimlərində müəmma: Naməlum PUA-lar göründü backend

NATO təlimlərində müəmma: Naməlum PUA-lar göründü 

Polşada keçirilən NATO-nun “Şahin Payız” təlimləri zamanı Hollandiya hərbçiləri bir neçə şübhəli pilotsuz uçuş aparatı aşkarlayıb. 

KONKRET.az xəbər verir ki, hazırda dronların mənşəyi araşdırılır.

Hollandiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hadisə zamanı əsgərlər arasında rabitə problemi də yaranıb və onların dronlara qarşı müdafiə vasitələri olmayıb.

Lazımi avadanlıq sonradan təcili şəkildə Hollandiyadan gətirilib.

Briqada generalı Frank Qrandia qeyd edib ki, heç bir təhlükə olmayıb və təlimlər Rusiya sərhədindən kifayət qədər uzaqda aparılıb.

Hadisədən sonra təlimlər dayandırılmayıb, yalnız formatında qismən dəyişiklik edilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*