Bu ağacların ömrünə az qaldı… – EKSKLÜZİVbackend

Bu ağacların ömrünə az qaldı... - EKSKLÜZİV

“Qovaq və digər buna oxşar ağaclar əkilməyəcək. Bu gün həm oksigen ehtiyatı, həm ekzotik görünüşü ilə ətraf mühitə uyğun və yararlı cinslərin seçilməsi vacibdir. 10 ildən artıqdır ki, adıçəkilən ağacların əkilib-becərilməsinə diqqət yetirilmir. Onların əvəzinə başqa ağaclar əkilir”.

KONKRET.az ilə müsahibə zamanı bunları deyən Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, qovaq hündür və yarpaqlı ağacdır. Amma Bakının küləklər şəhəri olduğu üçün həmin ağaclar Azərbaycan paytaxtındakı mühit üçün arzuolunmazdır.

Müsahibin sözlərinə görə, Bakı üçün daha məqbul hesab olunan ağaclar əkilməkdədir. Yaxın illərdə qovaq ağaclarını görməyə bilərik. İstehsal və sənayeyönümlü ağac olduğu üçün başqa yerlərdə, məhdud sahələrdə əkilə bilər.

Düzü, son illər baş tutan ağacəkmələrdə əsasən küknar dibi belləndiyi üçün hamıya maraqlı olan başqa sualın da cavabını aldıq:

– Azərbaycanda meşə sahəsi az olduğu üçün şimal bölgələrdəki son yanğınları ekoloji fəlakət də adlandırmaq olar. Hamıya maraqlıdır ki, yanan ağacların yerinə küknar əkiləcək, yoxsa kül olan ağacın eynisi, yenisi? Çünki insanlar arasında “yolka yolaverdisi” satirası da dolaşmaqdadır.

“Bildiyim qədər, tam təyinatlı ağacların əkilməsi nəzərdə tutulur. Meşə fondunun torpaqlarını nəzərdə tutursuzsa, sırf həmin zona üçün daha məqbul hesab olunan ağaclar əkilir. Amma dediyim kimi, bu yanğınlar hardan başladı? Yanğınların əksəriyyəti tarlada məhsul yığılandan sonra yumşalma deyirlər, başqa bəhanələrlə görə oldu. Yəni, məsuliyyətsizlik, düşünülməmiş addım!”

Mirsalam Qənbərovun fikrincə, tarlaqoruyucu zolaqlar olmalıdır və ora daha uyğun ağaclar əkilməlidir. Amma meşələrdə Azərbaycana xas olan palıd, vələs, fıstıq, ağcaqayının əkilməsi uyğundur.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*