Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir – YENİLƏNİBbackend

Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir - YENİLƏNİB

Moskvada Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclas Rusiya paytaxtında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə baş tutub.

Rusiya Hökumətinin açıqladığı məlumata görə, görüş konstruktiv şəraitdə keçib.

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Xüsusilə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının rəhbərlərinə məlumat veriləcək.

Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”, deyə məlumatda qeyd olunub.

15:01

Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupun görüşü keçirilir.

KONKRET.az xəbər verir ki, bunu A.Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

***

08:25

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşü planlaşdırılır.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Daha əvvəl bildirilib ki, görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya ilə bağlı ilkin razılıq əldə edildiyini bildirib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*