“Berlin avaraları”na demokratiya dərsi – Diktatorun olduğu ölkədə bunu edə bilməzdinizbackend

“Berlin avaraları”na demokratiya dərsi - Diktatorun olduğu ölkədə bunu edə bilməzdiniz

2022-ci il 18 iyul. Türkiyə Palata və Ticarət Birjaları Birliyinin (TOBB) toplantısı keçirilir. Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edir. CHP-nin o zamankı lideri Kamal Kılıcdaroğlu da zaldadır.

Türkiyə Prezidenti üzünü ona tərəf tutaraq CHP liderinin onun ünvanına səsləndirdiyi “Ərdoğan diktatordur” sözünə əla cavab verir.

“Bu ölkənin Prezidentini “diktator” adlandıran müxalifət var. “Diktator” ifadəsini işlədən insanlar var. O indi mənim qarşımdadır. Rəcəb Tayyib Ərdoğan diktator olacaq və siz meydanlarda dolaşacaqsınız, eləmi?! Diktatorun olduğu ölkədə bunu edə bilməzsən”.

26 aprel 2024-cü il. Berlində Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın kansleri Olaf Şolts qarşılayır. İqamətgahın hasarı tərəfindən əllərində şüar tutmuş iki-üç nəfər xaricdə yaşayan mühacirin dövlət başçımızın ünvanına “diktator” qara-qışqırığı duyulur.

Ərdoğanın təbirincə desək, Azərbaycan rəhbəri diktator olacaq, AXCP, Müsavat və digər siyasi partiyalar da ölkədə fəaliyyət göstərəcək, İlham Əliyevin yürütdüyü siyasəti tənqid edəcək, eləmi?! Diktatorun olduğu ölkədə bunu edə bilməzlər.

Doğrudan da, “milçək bir şey deyil, sadəcə ürək bulandırır”.

İlham Əliyev erməni lobbisinə və havadarlarına qalib gələrək Qarabağı azad edib, Rusiya sülhməramlılarını Qarabağdan çıxarıb, siz hələ də Berlin, Paris, Brüssel küçələrində bağıra-bağıra qalmısınız.

Prezident seçkilərində İlham Əliyevin qarşısına çıxmağa namizədiniz tapılmır, siz yenə də Berlin, Paris, Brüssel küçələrində bağıra-bağıra qalmısınız.

“Qubad İbadoğlu həbsdə Navalnı kimi öləcək” – deyə yalan uydurursunuz, alim həbsdən sağ-salamat ev dustaqlığına buraxılır.

Diktator elə həmin küçələrdə sizin səsinizi kəsdirərdi…

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*