“Azərbaycan bu istiqamətdə bizə zərbə endirəcək” – Erməni hərbi ekspertdən TƏŞVİŞ DOLU AÇIQLAMAbackend

"Azərbaycan bu istiqamətdə bizə zərbə endirəcək" - Erməni hərbi ekspertdən TƏŞVİŞ DOLU AÇIQLAMA

Azərbaycanın sərhəd qoşunları Silahlı Qüvvələrlə birlikdə növbəti döyüşlərə cəlb edilir. Çünki sərhəd qoşunlarının Azərbaycanın Müdafiə Nazirliyinin strukturları ilə əməkdaşlığı o qədər sıxdır ki, söhbət ümumi silahlı qüvvələrin tərkib hissəsindən gedir. Yəni Azərbaycanın sərhəd qoşunları sadəcə sərhəd mühafizə funksiyasını yerinə yetirmir, döyüş məsələlərinə cəlb olunur”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Davit Camalyan bildirib.

“Sərhəd xidmətinin bölmələri bu ərazilərdə dayanmaqla, Azərbaycanın Ermənistana qarşı yeni təcavüzünü həyata keçirəcək. Sülh müqaviləsi belə bunun qarşısını ala bilməyəcək. Həmin təcavüz dövlət sərhədinin başqa hissəsindən də ola bilər. Yəni türkün dünən hədiyyə olaraq aldığı və almaqda davam etdiyi yüksəklikdən vurması şərt deyil”, – Davit Camalyan qeyd edib.

Hərbi ekspertin qiymətləndirməsinə görə, Azərbaycan ordusu Tavuş sərhədində mövqelərini yaxşılaşdırır, erməni tərəfini təşəbbüs göstərmək imkanından məhrum edir, yəni Bakı həmin ərazidə daha da möhkəmlənir.

“Bir daha deyirəm, düşmən Paşinyandan hədiyyə aldığı ərazidən, yəni Tavuşdan yox, başqa istiqamətdən zərbə endirə bilər”.

“Tavuşdakı erməni kəndlərinə bitişik ərazilərdə yüksəkliklər verilməklə, Azərbaycanın ölkəmizə qarşı növbəti təcavüzünün ehtimalı artır”, – deyə hərbi ekspert fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*