Mayın 8-9-da Qazaxıstan Prezidenti Rusiyaya işgüzar səfər edəcək və Qələbə Paradında iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Moskvada keçiriləcək Qələbə Paradında daha bir xarici ölkə prezidenti iştirak edəcək. Qazaxıstan Prezidenti Tokayev Qələbə Paradında iştirak etmək üçün Moskvaya səfər edəcək.
“Qazaxıstan Prezidenti mayın 8-9-da Rusiyaya işgüzar səfər edəcək. O, Qələbə Paradında da iştirak edəcək”, – məlumatda bildirilib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonu da dəvət edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Moskvaya uçacaq, o da Qələbə paradında iştirak edəcək.
Xuraman Etibarlı,
KONKRET.az
