Şri-Lanka sahillərində təxminən 180 nəfərlik heyəti olan gəmi qəza siqnalı verib, xilasetmə əməliyyatı başlayıb.
KONKRET.az-ın xəbərinə görə, Şri-Lanka hakimiyyəti bildirib ki, göyərtəsində 180-ə yaxın heyət üzvü olan gəmi Qalle şəhərindən təxminən 40 dəniz mili cənubda, ölkənin ərazi sularından kənarda olarkən SOS siqnalı göndərib.
Siqnala cavab olaraq Şri-Lanka Hərbi Dəniz Qüvvələri hadisə yerinə gəmilər və təyyarələr göndərib. Hərbi Hava Qüvvələri də dənizçilərin təxliyəsi üçün keçirilən xilasetmə əməliyyatına qoşulub.
Şri-Lankanın xarici işlər naziri Vicita Herat parlamentdə çıxışı zamanı yaralı heyət üzvlərinin ölkənin cənubundakı xəstəxanalara çatdırıldığını bildirib.
Onun sözlərinə görə, Kolombodan təxminən 115 kilometr cənubda yerləşən Qalle şəhərindəki əsas xəstəxana zərərçəkənlərin qəbulu üçün hazır vəziyyətə gətirilib.
Yerli KİV-lərin məlumatına əsasən, müdafiə nazirinin müavini Aruna Ceyasekara Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin ekipaja yardım göstərilməsi üçün birgə xilasetmə əməliyyatı apardığını açıqlayıb.
Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Buddika Sampat isə əməliyyatın ölkənin beynəlxalq dəniz öhdəliklərinə uyğun həyata keçirildiyini vurğulayıb.
O, qeyd edib ki, hadisə Hind okeanında Şri-Lankanın axtarış-xilasetmə zonasına daxil olduğu üçün rəsmi Kolombo beynəlxalq öhdəliklər çərçivəsində dərhal reaksiya verib.
“The New Indian Express” nəşrinin sorğusuna cavab olaraq ABŞ-ın Nyu-Dehlidəki səfirliyinin nümayəndəsi bildirib ki, “Arleigh Burke” sinifinə aid USS Pinckney adlı ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi Vişakxapatnamda keçiriləcək. Beynəlxalq Hərbi Dəniz Paradında və “Milan” təlimlərində iştirak etməyib. Buna səbəb kimi təxirəsalınmaz əməliyyat tapşırıqları göstərilib. Bildirilib ki, tədbirlərdə ABŞ tərəfini P-8 tipli dəniz patrul təyyarəsi təmsil edib.
Esmines fevralın 11-də təmir işlərindən sonra Sinqapuru tərk edib.
Mənbələrin bildirdiyinə görə, hadisə zamanı İran freqatının USS Pinckney tərəfindən izlənildiyi ehtimal olunur. Həmçinin, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus və Dieqo-Qarsiyada yerləşən atom sualtı qayığının da insidentdə iştirak etmiş ola biləcəyi istisna edilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az
