Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri Abbas Arakçıya zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Fidan vurulan raketlə bağlı hadisəyə Türkiyənin reaksiyasını çatdırıb və münaqişənin gərginləşməsinə səbəb ola biləcək hər hansı bir addımdan çəkinməli olduğunu qeyd edib.
Qeyd edək ki, bu gün İrandan Türkiyəyə atılan ballistik raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
