Daha bir NATO ölkəsi müharibəyə qoşuldu: İran dronları vurulubbackend

Daha bir NATO ölkəsi müharibəyə qoşuldu: İran dronları vurulub

Fransa Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda hərbi əməliyyatlara cəlb olunub. Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisində İran istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatlarını zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jean-Noël Barrot açıqlama verib. Nazir bildirib ki, Fransa qüvvələri regionda yerləşən hərbi kontingentin və müttəfiqlərin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətə keçib.

Onun sözlərinə görə, zərərsizləşdirilən dronlar BƏƏ hava məkanında təhlükə yaradıb və hava hücumundan müdafiə çərçivəsində operativ qərar qəbul edilib. Hadisə zamanı itki və dağıntı barədə məlumat verilməyib.

Məlumata görə, Fransa Silahlı Qüvvələri BƏƏ-də yerləşən hərbi bazalarda fəaliyyət göstərir və regionda sabitliyin qorunması üçün müttəfiqlərlə koordinasiyalı şəkildə çalışır. Rəsmi Paris baş verənləri beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*