Cəlilabadda minik avtomobilləri toqquşdu – xəsarət alanlar varbackend

Cəlilabadda minik avtomobilləri toqquşdu - xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Xətai küçəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “VAZ-2107” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ-2107″nin sərnişini, 2003-cü il təvəllüdlü Nuray Astanova və “VAZ-21015″in sürücüsü, 1956-cı il təvəllüdlü Xanoğlan Rzayev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*