Çinin şərqində tornado nəticəsində 10 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.
“Dünən günortadan sonra Szyansu əyalətinin Suqiang şəhərində güclü tornado baş verib,bəzi ərazilərdə tələfat və maddi ziyana səbəb olub”, – məlumatda deyilir.
İlkin məlumatlara görə, tornado nəticəsində 5500-dən çox insan xəsarət alıb, 137 ev uçub.
Qeyd edək ki, Çin bu yay rekord miqdarda yağış və həftələrlə davam edən tarixi istilər gördü. Elm adamları belə ekstremal hava hadisələrinin iqlim dəyişikliyi ilə daha da pisləşdiyini bildirir.
Ariz Həsənoğlu,
KONKRET.az
