“Sükut dərc olunmuş sənədin həqiqiliyini təsdiqləyir”.
KONKRET.az xəbər verir ki, bu barədə Yerevan.today saytının baş redaktoru Sevak Akopyan öz Facebook səhifəsində yazıb. O, sentyabrın 27-də Vaşinqtonda Azərbaycan və Ermənistan rəsmiləri arasında qəbul edilmiş sənəd barədə fikirlərini bölüşüb:
“Sənədin sızması nəticəsində geniş yayıldığına və heç bir təkzibin olmadığına baxsaq, bu kağızın etibarlı olduğu ortaya çıxır.
Bu nə səssizlikdir? Dostlar, sentyabrın 27-də Vaşinqtonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İlham Əliyevin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib. Nəticədə sənəd qəbul edilib, daha sonra Praqada Paşinyan-Əliyev danışıqlar masasına qoyulub. Əgər görməmisinizsə, baxın. Dünən bir sızma nəticəsində bu sənəd ictimaiyyətə açıqlandı. Sənədin çox tirajlanmasına və heç bir təkzibin olmamasına baxsaq, onun son dərəcə etibarlı olduğu ortaya çıxır.
Ən məqbul məqamlardan yalnız biri:
“Azərbaycan hökuməti Qarabağ xalqının hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün erməni etnik icma tərəfindən təyin edilmiş oxşar nümayəndə ilə işləyəcək bir nümayəndə təyin edəcək. Tərəflər Qarabağda yaşayan milli azlıq qruplarının təhlükəsizliyinin qorunmasında etimadın təmin edilməsi məqsədilə Azərbaycanın suverenliyinə müdaxilə etmədən mümkün beynəlxalq müşahidəçi statusunu nəzərdən keçirməkdə davam edəcəklər”.
Paşinyan gedib Əliyevlə aktiv görüşlər keçirir ki, Azərbaycanın regionlarından birində Qarabağ xalqı milli azlığa çevrilsin və başında nümayəndəsi Əliyev təyin etdiyi nümayəndə ilə müzakirələr aparsın?
Nikol müsahibəsində “Qoy Qarabağ Azərbaycanla danışıqlar aparsın, Qarabağın yüksək rütbəli rəsmiləri birbaşa danışıqlara hazır olduqlarını deyirlər” deyir. Siz isə bunu Qarabağın sahibləri kimi yox, Azərbaycanda yaşayan milli azlıq kimi müzakirə edəcəksiniz, təki müəyyən hüquqlarınız olsun. Və başqa bir sual: bu hüquqları əldə edəcəksiniz, ya yox? Etməyəcəyinizə əmin ola bilərsiniz. Üstəlik, bundan əvvəlki 30 ilin alçaldılmasının qisasını da alacaqlar.
Ermənistanda yaşayan milli azlıqlar Azərbaycandakı ermənilərdən qat-qat artıq hüquqlara malikdir. Kürdlərin, yezidilərin Ermənistan parlamentində öz təşkilatları, nümayəndələri var və sizin heç bir şeyiniz olmayacaq, yalnız sizin hüquqlarınızı müzakirə edəcək bir nümayəndəniz olacaq.
Hansı statusdan, təhlükəsizlikdən, hüquqlardan danışırıq, heç nəyə razı olmadılar, heç nəyə nail ola bilmədilər. Bəlkə də danışıqlar aparmasaydıq, daha yaxşı variant ola bilərdi”.
Xuraman Etibarlı,
KONKRET.az
