Dərsdən yayınmaq istəyən şagirdlər məktəbi MİNALADI – Cinayət işi açıldıbackend

Dərsdən yayınmaq istəyən şagirdlər məktəbi "MİNALADI" - Cinayət işi açıldı

Rusiyada şagirdlər oxumaq istəmədiklərinə görə beş dəfə məktəbi “minalayıblar”.

KONKRET.az xəbər verir ki, Mordoviyada məktəblilər təhsil ocağında yalançı qazma işi ilə bağlı cinayət işində ittiham ediliblər.

Məlumata görə, məktəblilər beş dəfə təhsil ocağının guya minalandığı barədə xəbər yayıblar. Bu barədə onlar sonuncu dəfə sosial şəbəkədə Yeni il qabağı paylaşım ediblər.

Dindirilmə zamanı yeniyetmələr dərsdən bezdiklərini və yayınmaq üçün bəhanə axtardıqlarını etiraf ediblər. Altı azyaşlıya qarşı şübhəli şəxs qismində həbs qətimkan tədbiri seçilib.

Məktəblilər Rusiya Cinayət Məcəlləsinin 207-ci maddəsi (“Terror aktı haqqında bilə-bilə yalan məlumat vermə”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinirlər. Bu maddə ilə cinayət məsuliyyəti 14 yaşından başlayır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*