Doqquz əsgərin başını qeyri-adi qırxdırdı – 5 il müddətinə həbs olundubackend

Doqquz əsgərin başını qeyri-adi qırxdırdı - 5 il müddətinə həbs olundu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistanın Xucənd hərbi məhkəməsi doqquz əsgərin başına doğulduğu şəhərin adı olan “Konibodom” sözünü qırxmış şəkildə yazdıran kiçik çavuş Muxriddin İsmayılovu ümumi rejimli koloniyada 5 il müddətinə azadlıqdan məhrum edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, İ.İsmoilov prosesdə son sözündə törətdiyi əməldən peşman olduğunu bildirib.

“Ozodi” (“Azadlıq” radiosunun tacik xidməti) məhkəmə hökmünün surətinə istinadən xəbər verir ki, insident İsfaradakı “Çorkux” sərhəd zastavasında baş verib.

Qeyd olunur ki, bununla İsmayılov fiziki üstünlüyünü göstərmək, diqqəti cəlb etmək və tanınmaq istəyib. O, bu ilin iyununda ordudan vətənə qayıtdıqdan sonra internetdə fotolarını yerləşdirib.

Hadisə ictimai rezonansa səbəb olub və Tacikistan Baş Prokurorluğunun diqqətini cəlb edib. İsmayılov və 2-ci serjant A.Dövlətova qarşı Cinayət Məcəlləsinin 391-ci maddəsi ilə iş açılıb.

Qeyd edək ki, Tacikistan ordusunda “dedovşina” adi haldır. Məsələn, may ayının sonunda Vorux sərhəd zastavasında əsgərlərin kütləvi şəkildə döyülməsi ilə bağlı məhkəmə prosesinin başa çatdığı barədə məlumat yayılıb. Məhkəmə 8 nəfəri təqsirli bilib: dördü 9,5 il, qalanları, o cümlədən “Vorux” birinci sərhəd komendantlığının rəisi, polkovnik-leytenant Nuzxət Lazuriyev 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Silahlı Qüvvələrdə yaranmış bu vəziyyət fonunda Baş Prokurorluq hərbi hissələrdə yoxlamalara başlayıb. İdarənin rəisi Yusuf Rəhmon “dedovşina” və digər faktların müəyyən edilməsi məqsədilə bu sahədə nəzarətin gücləndirilməsi barədə göstəriş verib .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*