Dünən Bərdədə yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub.
Qeyd edək ki, qəza dünən Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində, Bərdə rayonu ərazisində baş verib.
“VAZ 2121” (“Niva”) və “Mercedes Benz” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər – Quliyev Ceyhun Arif oğlu (1988), Baxşəliyev İlkin Məhərrəm oğlu (1995), Kərəmova Xalidə İsa qızı (1972), Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968), Baxşəliyeva Məfdunə Məhərrəm qızı (1998) ölüb. 2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib./apa

