Ədən körfəzində ABŞ esminesi vuruldubackend

Ədən körfəzində ABŞ esminesi vuruldu

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Ədən körfəzində ABŞ esminesinə, ABŞ-nin “Maersk Yorktown” yük gəmisinə və İsrailin “MSC Veracruz” ticarət gəmisinə hücum ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriyyə deyib.

“ABŞ-nin “Maersk Yorktown” gəmisi Ədən körfəzində bir neçə gəmi əleyhinə raketlə vurulub. Eyni zamanda, Hərbi Hava Qüvvələri çoxlu sayda pilotsuz uçan aparatlardan istifadə etməklə daha iki hərbi əməliyyat həyata keçirib. Onların hədəfi Ədən körfəzindəki ABŞ esminesi, həmçinin İsrailin “MSC Veracruz” gəmisi olub”, – deyə o bildirib.

Onun sözlərinə görə, raketlər və PUA-lar öz tapşırıqlarını uğurla yerinə yetiriblər.

“Zərbə dəqiq olub”, – deyə o bildirib.

Saria, həmçinin qeyd edib ki, hərəkat İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırana qədər Qırmızı dəniz və Hind okeanında gəmilərə hücumu davam etdirəcək.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalırlar. Ötən həftə üsyançıların lideri Abdel Malik əl-Husi bildirmişdi ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının yeni eskalasiya mərhələsi başlayandan bəri ən azı 98 gəmiyə hücum ediblər. (oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*