Ərdoğandan İrana sərt mesaj: Cavab verəcəyik!backend

Ərdoğandan İrana sərt mesaj: Cavab verəcəyik!

Türkiyə İrandan atılan raketin vurulmasından sonra istənilən düşmənçilik hərəkətinə cavab verəcək.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, ölkəsi NATO ilə məsləhətləşmələri davam etdirəcək.

Xatırladaq ki, Türkiyənin hava məkanına yönələn ballistik raket vurulub. Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərinə görə, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. İtki yoxdur.

Qeyd olunub ki, Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*