Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” qətnaməsi bloklandıbackend

Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” qətnaməsi bloklandı

Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl “erməni soyqırımını” tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.

KONKRET.AZ “RİA Novosti”yə istinadla xəbər verir ki, senator Qrem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

“Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edərlər”, – deyə senator əlavə edib.

Trampın yaxın müttəfiqi hesab olunan Qrem senatorlara xitabən “tarixi yenidən yazmağın lazımsız olduğunu” bildirib.

Qeyd edək ki, “Erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.

Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*