backend

Erməni əsilli iki ABŞ vətəndaşı Türkiyəni məhkəməyə verib – Səbəb çox maraqlıdır

Amerikada yaşayan iki erməni – 88 yaşlı Pargev Kazaryan və oğlu Karo Kazaryan Türkiyəni məhkəməyə verərək bu ölkəyə qarşı iddia qaldırıblar. Onlar doğma kəndlərinə baş çəkmək üçün viza verilməməsindən sonra məhkəməyə üz tutmaq qərarına gəliblər. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, erməni ata – bala Türkiyə səfirliyinə gələrək ölkənin cənubundakı doğma kəndlərini ziyarət etmək üçün müraciət ediblər. Lakin səfirlik tərəfindən onların Türkiyəyə gedişinə icazə verilməyib.

1931-ci ildə Türkiyənin Kalanduran kəndində anadan olan Pargev Kazaryan və oğlu 2017-ci ildə doğulduğu kəndə getməklə “xristian ayinlərini yerinə yetirmək” qərarına gəlib. Bu məqsədlə viza ərizəsində etnik və dini mənsubiyyətini qeyd edərək Türkiyənin Vaşinqtondakı səfirliyinə müraciət edib. Türkiyə Səfirliyi Kazaryan ailəsinə – ata və oğluna viza verilməsini rədd edib.

Şikayətçilərin vəkillərinin sözlərinə görə, səbəb onların erməni əsilli olmasıdır.

Qeyd olunur ki, yaşı və sağlamlığı nəzərə alınarsa, Pargev Kazaryan üçün bu, son fürsət idi. Ona görə də ermənilər Türkiyəni bir sıra beynəlxalq konvensiya və sazişləri pozmaqda günahlandırır.

Hazırladı: Fadil Paşayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*