Sarkisyan: “Ermənistan Türkiyənin tabeliyində olacaq”backend

Sarkisyan: "Ermənistan Türkiyənin tabeliyində olacaq"

“Ermənistan ordusuz şəkildə Türkiyənin tabeliyində olacaq. Bizim iqtisadiyyatın bir hissəsi də Azərbaycana bağlı olacaq. Bakıdan qaz asılılığımız artacaq”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Auditorlar Palatasının keçmiş sədri Nairi Sarkisyan çıxış edib.

O, Paşinyanın yeritdiyi xarici siyasəti və onun son nəticəsini belə izah edib: “Rusiyadan müstəqil olub Türkiyədən asılı vəziyyətə düşmək hansı məntiqə, ağıla sığır?! Ümumiyyətlə, cəmiyyətin buna qarşı ciddi müqaviməti varmı? Əgər ölkədə siyasi proseslər aktivləşərsə, bu cəhdlərin qarşısı alınar. Ona görə də vəziyyət olduqca dəhşətlidir. Biz iki hissəyə bölünmüşük: vətənpərvərlər və anti-vətənpərvərlər. Belə şəraitdə isə siyasi kapitallaşma getmir. Ölkədə nə baş verdiyini heç kəs anlamır, belə bir siyasi termin yoxdur ki, həmin vəziyyəti ifadə etsin”, – deyə Sarkisyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*