YENİ TAPINTI – Təqdimatı keçirildi / FOTOLARbackend

YENİ TAPINTI - Təqdimatı keçirildi / FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Ulan-Batorda Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Nomgon-2 Memorial Kompleksində tapılan Bitiq daşının aşağı təqdimatı keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Çingiz xan Muzeyində keçirilən elmi tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Monqolustan Elmlər Akademiyasının prezidenti Dugerin Regdel, Qazaxıstanın Ulan-Batordakı səfiri Habit Koyşibayev, Türkiyənin Ulan-Batordakı səfirliyinin işlər üzrə vəkili Əli Səid Serdengeşti, həmçinin diplomatik missiyanın nümayəndələri, institut direktorları və alimlər iştirak ediblər. Arxeoloji tədqiqatlarda iştirak edən elm adamları, Bitiq daşının yeni tapılan alt hissəsində bir ağac olduğunu irəli sürüblər.

Monqolustanın Arxangay bölgəsindəki Haşaat Sumunu Nomgon vadisində yerləşən Nomgon-2, xaqanlara məxsus bir kompleks hesab olunur.

Tədbir iştirakçıları bildirib ki, 2019, 2022, 2023-cü illərdə aparılan qazıntılar zamanı oturmuş xanın daş heykəli, baş hissəsi, iki balası olan bir aslanın daş heykəli və 5 daş heykəlin qırıq parçaları aşkar edilmişdir. Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının arxeoloji İnstitutu Nomqon düzənliyində memorial kompleksin arxeoloji qazıntılarını yenədə davam ediləcəyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*