“Ermənistan iqtisadiyyatı defolt ola bilər” – Dövlət borcu hər gün artırbackend

"Ermənistan iqtisadiyyatı defolt ola bilər" - Dövlət borcu hər gün artır

“Ermənistan iqtisadiyyatının defolt ərəfəsində olma riski var. Borc, faiz ödənişləri hər gün artır. Bu o deməkdir ki, Ermənistan yalnız yeni borc götürə bilməyəcək, əksinə beynəlxalq maliyyə qurumları da Ermənistan iqtisadiyyatını birbaşa nəzarətlərinə götürə bilərlər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün Telegram kanalında yazıb.

“Bir ay əvvəl hökumət 750 milyon dollarlıq avrobondlar payladı və bununla da milli borcları 10 faiz artırdı. Bu məbləğ iqtisadiyyatın inkişafına xərclənməli idi, belə ki iqtisadi fəaliyyət var idi, ÜDM artacaqdı, lakin məlum olduğu kimi, məbləğ maaş və əlbəttə ki, mükafatların ödənilməsinə sərf ediləcək! Hökumət dəyişikliyindən sonra milli borc 2,3 milyard dollar artdı. İlin sonuna qədər dövlət borcları həddi aşacaq və ÜDM-ə nisbəti 70%-ə çatacaq.

Dövlət borcu haqqında qanunvericiliyə görə borc həddi 60%-dir. Ermənistan isə artıq 65-66 faiz həddi də keçib. Bundan əlavə, borcun 70%-i xarici valyutadır, bu da məzənnə dəyişəndə ​​riskli olur. Beləliklə, hər bir ölkə vətəndaşının 2960 dollar real borcu var. Nikolun səhvləri Ermənistan vətəndaşlarına baha başa gəlir. Sonrakı nəsillərə böyük borclar və rəqabətə davamlı olmayan iqtisadiyyata məhkum bir ölkəni buraxırlar”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*