Ermənistanda bu səhər hüquq-mühafizə orqanları Erməni Apostol Kilsəsinin Aragaçotn yeparxiyasının altı din xadimini, o cümlədən yepiskop Mkrtıç Proşyanı saxlayıblar.
KONKRET.az xəbər verir ki, hazırda keşişlər Paren, Manuk, Ayq, Mkrtıç və Gevond da saxlanılır.
Hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması yoxdur, buna görə də din xadimlərinə qarşı irəli sürülən ittihamlar hələ məlum deyil.