Ermənistanı etiraz aksiyaları bürüyür – İrana gedən yol bağlandıbackend

Ermənistanı etiraz aksiyaları bürüyür - İrana gedən yol bağlandı

Azərbaycanın işğal altındakı Kərki kəndidə məskunlaşmış ermənilər Ermənistan-İran dövlətlərarası yolunu bağlayıblar.

 

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistaın bəzi KİV-ləri məlumat yayıb.

Bildirilib ki, parlamengtin deputatları Artur Sarkisyan və Aqvan Vardanyan da vətəndaşların yanında onlara dəstək verirlər.

Yolu bağlayan ermənilər Tavuş bölgəsində aparılan delimitasiyaya etiraz ediblər.

Qeyd edək ki, Naxçıvan MR Sədər rayonunun Kərki kəndi hazırda işğal altında olan 4 esklav kənddən biridir. Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib. Ermənistan bu kəndi Tiqranaşen adlandırır.

Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.

Qazaxın işğal altında olan kəndləri ilə yanaşı, Kərkinin də qaytarılması gündəmdədir. Rəsmi İrəvan bununla bağlı 10 noyabr 2020-ci ildə öhdəlik götürüb.

Etirazçılar Bakının Kərki məsələsində güzəştə getməyəcəyini bildiyi üçün əl-ayağa düşüb. (Yeni Sabah)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*