“Makron Si Cinpinə Ukrayna ilə bağlı təzyiq edəcək” – “Reuters”backend

"Makron Si Cinpinə Ukrayna ilə bağlı təzyiq edəcək" - "Reuters"

Çin prezidenti Si Cinpin iki günlük Parisə səfərə gedir.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Bildirilir ki, fransalı həmkarı Emmanuel Makron Si Cinpini Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya təsir imkanlarından istifadə etməyə inandırmağa çalışacaq.

Agentlik vurğulayır ki, Avropa ilə Çin arasında ticarət gərginliyinin yüksəldiyi bir vaxtda Makronun bu məqsədlərə asanlıqla nail olması real görünmür.

Yelisey Sarayının müşaviri Si Cinpinin beş ildə Avropaya ilk səfəri öncəsi açıqlama verib:

“Çin hakimiyyətinə ticarət məsələlərində bizə daha çox zəmanət verməsi üçün təzyiq göstərməyə davam etməliyik”, – deyə o bildirib.

Rəsmilər bildirirlər ki, Fransa, həmçinin Çin bazarının kənd təsərrüfatı ixracatına açılmasında irəliləyiş əldə etməyə çalışacaq.

Qeyd edək ki, Si Cinpin Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlar aparacaq.

Burhan,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*