Narkotikin təsiri altında avtoşluq edən sürücü saxlanıldıbackend

Narkotikin təsiri altında avtoşluq edən sürücü saxlanıldı

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən İ.Əhmədov rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*