Etirazçılar İrəvanın mərkəzindəki prospekti bağladılarbackend

Etirazçılar İrəvanın mərkəzindəki prospekti bağladılar

Ölkə hakimiyyətinin Qarabağla bağlı siyasətinə qarşı keçirilən etiraz aksiyasında etirazçılar İrəvanda Tiqran Mets prospektini bağlayıb.

KONKRET.az xəbər verir ki, onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər .

Fəallar Dağlıq Qarabağın taleyindən narahat olan hər kəsi onlara qoşulmağa çağırır. Polis hökumət binasını mühasirəyə alıb.

Yada salaq ki, sentyabrın 20-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağda atəşkəs haqqında razılıq əldə olunub. Müvafiq bəyanatın mətnində “Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya sülhməramlı kontingentinin yerləşdirmə zonasından çıxarılmasından” bəhs edilir.

Bildirilir ki, Qarabağın erməni əhalisinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanları arasında görüş keçiriləcək. Görüşdə Azərbaycan tərəfinin “reinteqrasiya, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı qaldırdığı məsələlər müzakirə olunacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*