Ev dustağı olan Mehdiyev mənzilindən çıxa bilərmi? – AÇIQLAMAbackend

Ev dustağı olan Mehdiyev mənzilindən çıxa bilərmi? - AÇIQLAMA

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı tədbirinin seçilməsi bir sıra suallar doğurub. Xüsusilə, belə şəxslərin hansı hallarda evlərini tərk edə biləcəkləri ictimai maraq kəsb edir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, “ev dustaqlığı” anlayışı sadəcə mənzildə qalmaq məhdudiyyəti demək deyil.

Tağı Hüseynov

Onun sözlərinə görə, bu tədbir tətbiq edilən şəxsə müəyyən ərazi – şəhər və ya qəsəbə hüdudlarından kənara çıxmaq qadağası da mövcuddur:

“Adətən həmin şəxsin xaricə çıxışına da qadağa qoyulur. Əgər şəxs həyati təhlükə yaradan xəstəlikdən əziyyət çəkirsə və onu Azərbaycanda əməliyyat etmək mümkün deyilsə, bu zaman xaricə çıxışa icazə verilməsi mümkündür. Yalnız bu halda istisna mövcuddur”.

Tağı Hüseynov əlavə edib ki, digər hallarda, o cümlədən toy, yas və ya şəxsi tədbirlər səbəbilə ev dustaqlığında olan şəxsin mənzilini tərk etməsi qanunla qadağandır:

“Ev dustaqlığı tətbiq edilən şəxs, istər ailəvi, istərsə də ictimai tədbir olsun, icazəsiz evdən çıxmamalıdır. Bu, qətimkan tədbirinin pozulması hesab olunur və daha sərt cəza ilə nəticələnə bilər,” – hüquqşünas vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*