Ermənistan yaxın həftələr və aylarda Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında, eləcə də sərhədin açılmasında irəliləyişə ümid edir.
KONKRET.az xəbər verir ki, , bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Deutsche Welle”yə müsahibəsində bildirib.
“Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqlarımız var: liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar… Hesab edirəm ki, yaxın həftələr və aylarda biz bu istiqamətdə olduqca hiss olunan irəliləyişə nail olacağıq”, – deyə o bildirib.
