“Facebook” sürətlə işçilərini itirir – “Tik-Tok” onları heyətinə qatırbackend

"Facebook" sürətlə işçilərini itirir - “Tik-Tok” onları heyətinə qatır

“Tik-Tok” nəhəng texnologiya şirkətlərinin işçilərini bir-bir heyətinə transfer edir.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, Çində internet texnologiya şirkəti olan “ByteDance”, “Musically” tətbiqini 800 milyon dollara alıb və adını “Tik-Tok” olaraq dəyişdirib.

O vaxtdan bu yana istifadəçi sayını xeyli artıran tətbiq hazırda Türkiyə kimi bir ölkədə 20 milyon insan tərəfindən istifadə olunur. Dünya miqyasında tətbiqdən istifadə edənlərin sayı isə demək olar ki, yarım milyarda çatıb.

Şirkət yaxın günlərdə “Facebook”un yaxınlığına köçüb və 2018-ci ildən bu yana feysbukda işləyən 24 işçini öz heyətinə qatıb.

Hazırda “Tik-Tok” heyətində işləyən keçmiş feysbuk işçiləri yeni tətbiqin sürətlə məşhurlaşdığını, bundan başqa “Facebook”la müqayisədə şirkətin işçilərə 20 faiz yüksək maaş verdiyini bildirib.

Əldə edilən məlumatlara görə, “Tik-Tok” sadəcə “Facebook”dan deyil, “Apple”, “YouTube”, “Snapchat” və “Amazon” kimi nəhəng şirkətlərdən də işçilər transfer edir.

“FACEBOOK” qan itirir…

Dünya miqyasında aylıq 2,4 miyarddan çox aktiv istifadəçisi olmasına baxmayaraq, “Facebook” artıq yaşlı insanların sosial mediası olaraq xatırlanır. Son məlumatlara görə, 1996-cı ildən sonra dünyaya gələn insanların 30 faizi “Facebook” yerinə, “Snapchat”, “YouTube”, “İnstagram” və “Tik-Tok” kimi platformaları seçir. Bundan əvvəlki məlumatlarda gənclərin sürətlə “Facebook”dan çıxdığı aşkar edilib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*