Fatih Terim Çexiya millisinin baş məşqçisi ola bilərbackend

Fatih Terim Çexiya millisinin baş məşqçisi ola bilər

Türkiyəli çalışdırıcı Fatih Terim Çexiya millisinin baş məşqçisi ola bilər.

KONKRET.az xəbər verir ki, “Qalatasaray”ın sabiq rəhbərlərindən olan Cem Kınay Terimin Çexiya milli komandası ilə əlaqə saxladığını bildirib.

Çexiya Futbol Federasiyası bu gün baş məşqçi İvan Haşeklə yollarını ayırıb. Bu, Terimin Çexiya yığmasının sükanı arxasına keçmək ehtimalını artırır.

Xatırladaq ki, 72 yaşlı Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*