Amerikalı teleaparıcı Taker Karlson Ukrayna lideri Volodimir Zelenski ilə bağlı xoşagəlməz tənqidlərə görə “Fox News”dan qovulub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, teleaparıcının işdən çıxarılması ilə bağlı məlumatı amerikalı jurnalist Cekson Hinkl də öz tviter səhifəsində təsdiqləyib:
“Etibarlı mənbədən təsdiq aldım ki, Taker Karlsonun işdən çıxarılması onun Ukrayna və Zelenski ilə bağlı qorxmaz reportajları ilə bağlıdır”.
Qeyd olunub ki, teleaparıcının son proqramı aprelin 21-də yayımlanıb, bundan sonra o, kanalı tərk edib. Karlsonu xəbərlər proqramında siyasi şərhçi Brayan Kilmead əvəz edib.
İqbal Rzayev,
KONKRET.az
