Gəncə sakinində avtomat aşkarlanıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov şəhər ərazisində saxlanılaraq baş idarəyə gətirilib.
