Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan naməlum avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.
Piyadanın 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlu olduğu məlum olub.
Piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.
