Hacıqabulda yol qəzası oldu – 3 nəfər xəsarət aldıbackend

Hacıqabulda yol qəzası oldu - 3 nəfər xəsarət aldı

Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul rayon sakinləri 1992-ci il təvəllüdlü Məmmədzadə Samir Məmmədhəsən oğlu, 1989-cu iltəvəllüdlü Zülfüqarov Sahil Gülqardaş oğlu və Salyan rayon sakini 1996-cı il təvəllüdlü Dadaşov Ağaqardaş Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*