Hafiz Hacıyevin “pensiya almıram” iddiasına – Rəsmi cavabbackend

Hafiz Hacıyevin “pensiya almıram” iddiasına - Rəsmi cavab

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pensiya almadığını bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Modern.az saytına açıqlama verib.

Partiya sədri pensiya və təqaüddən məhrum olduğunu açıqlayıb: “Pensiya da, təqaüd də almıram. Hər şeydən məhrumuq. Bizə heç nə düşmür. Bizə yad planetdən gələn insan kimi baxırlar. Qəmbərov İsaya 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər?”

“Qafqazinfo” sosial şəbəkələrdə müzakirə olunan məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Fonddan sorğuya cavab olaraq bildirilib ki, H. Hacıyev 4 ilə yaxındır pensiya alır: “Hacıyev Hafiz Ələmdar oğlunun  pensiya hüququ 16.04.2021-ci il tarixində yaranıb və ona həmin tarixdən proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Hazırda vətəndaşın pensiyası 337,77 manat təşkil edir və  pensiya ödənişlərində hər hansı bir problem olmayıb. Belə ki, vətəndaşın yanvar ayı üzrə pensiyası 2025-ci ilin yanvarın 9-da onun hesabına köçürülüb və o, həmin pulu yanvarın 12-də bankomatdan çıxarıb”.

Qeyd edək ki, H.Hacıyevin, həmçinin bir sıra xəstəliklərdən, o cümlədən altsheymerdən əziyyət çəkməsi ilə bağlı məlumatlar yayılıb. Siyasətçi yayılan iddiaları rədd edərək sağlam olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*