HƏMAS-ın daha bir komandiri öldürüldübackend

HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri ötən gecə hava hücumları nəticəsində HƏMAS-ın Qəzza zolağındakı Dəniz Qüvvələrinin komandiri Ratəb Əbu Sahibanı öldürüb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Əbu Sahiban oktyabrın 24-də dənizdən İsrailin Zikim və Karmia bölgələrinə hücum cəhdini planlaşdırıb və hücuma rəhbərlik edib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 28-nə keçən gecə HƏMAS-ın hava qüvvələrinin komandiri Asəm Abu Rakabanı məhv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*