Hicablı döyüşçü aldığı zərbədən öldübackend

Hicablı döyüşçü aldığı zərbədən öldü

İngiltərənin Sauthempton şəhərində qarışıq döyüş sənəti (MMA) üzrə həvəskar turnirdə ölüm hadisəsi baş verib.

KONKRET.AZ-ın məlumatına görə, İran əsilli qadın idmançı Səidə Alitaha “Fast and Furious Fight” adlı yarışda uduzduqdan sonra ağır zədə alaraq xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Təşkilatçılar 26 yaşlı döyüşçünün yaxınlarına başsağlığı veriblər. Şəhər polisi isə hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Səidə Alitaha İranda doğulsa da, İngiltərədə yaşayıb. O, məşq və döyüşlərə hicabla çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*