Hindistanın Kerala əyalətində fillərin hücumuna məruz qalan iki nəfər həyatını itirib.
KONKRET.az xəbər verir ki, əyalət səlahiyyətlilərindən verilən açıqlamada bir qrupun səhər saatlarında bal toplamaq üçün meşəyə getdiyi bildirilib.
Açıqlamada heyvanların ayaqları altında qalan 2 nəfərin hadisə yerində öldüyü qeyd edilib.
Məlumatlara görə, 2020-2024-cü illər arasında Hindistanda 1701 nəfər fillər tərəfindən öldürülüb .
Aynurə İsmayıl
KONKRET.az