Los-Ancelesdəki Hollivud kinostudiyası “Universal Studios”un yaxınlığında tramvay qəzası baş verib.
KONKRET.az xəbər verir ki, qəza nəticəsində 15 nəfər yaralanıb.
Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
