Hulusi Akar: “Zəlzələ bölgəsində Silahlı Qüvvələrimizin üç şəhidi var”backend

Hulusi Akar: “Zəlzələ bölgəsində Silahlı Qüvvələrimizin üç şəhidi var”

“Milli Müdafiə Nazirliyi də axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsinə çatdırılması üçün fəaliyyətə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda nəqliyyat təyyarəsi axtarış-xilasetmə qrupları və maşınları bölgəyə göndərilməyə başlayıb. Təcili yardım təyyarələri də yaradılan “hava yardımı dəhlizi”ndə iştirak edir”.

KONKRET.az Haber Global“a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

O zəlzələ bölgəsindəki bəzi hava limanlarının uçuş-enmə zolağında çatların əmələ gəldiyini qeyd edib.

“Bununla belə, zəlzələ bölgəsinə ən qısa zamanda personal və materialların çatdırılması üçün səylər davam edir”, – deyə nazir vurğulayıb.

Akar həmçinin Türkiyə Silahlı Qüvvələrində şəhidlərin olduğunu bildirib.

“Təəssüf ki, 3 şəhidimiz, yaralılarımız var. Əlaqə saxlamağın mümkün olmadığı kadrlarımız barədə də məlumat almışıq. Hazırda dağıntılar altında qalan personalımızla əlaqə yaratmağa da çalışırıq”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*