İki ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldıbackend

İki ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

KONKRET.az-ın məlumatına görə, ötən ilin dekabr ayında Kür çayında batan rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədovun meyiti çayın Şəmkir rayon ərazisindən keçən hissəsində aşkarlanıb.

Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 24-də Kür çayının Tovuz rayonunun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb. İlkin ehtimala görə, E.Məmmədov çayda balıq tutan zaman batıb./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*