Müharibəni başlamaq asandır, amma bitirmək çətindir.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bu gün yeni müharibələrin meydana çıxmasına şahidlik etdiklərini bildirib:
“Müharibəni başlamaq asandır, amma bitirmək çətindir. Bu baxımdan Azərbaycanın təcrübəsinə gəldikdə mübarizəmiz düzgün idi. Biz dayandıq və sülhü təklif etdik. Müharibədə olan tərəflər bunu tədqiq etməlidirlər. Bu onlara müharibənin dayandırılması üçün kömək edər. Bu baxımdan təcrübəmizin çox dəyərli ola biləcəyini düşünürəm”.
