KONKRET.az xəbər verir ki, aparıcı Nail Kəmərli həmkarı ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.
O, şəklin üzərinə “Günel sağdır, ölməyib” qeydini əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin vəfat etdiyi barədə xəbərlər yayılmışdı. Onun xaricdə müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi iddia olunsa da, məlumat sonradan təkzib edilmişdi.

