İlham Əliyev Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu – VİDEObackend

İlham Əliyev Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak ediblər.

KONKRET.az xəbər verir ki, Dövlətimizin başçısı və birinci vitse-prezident Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyublar.

Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı.

Ötən müddət ərzində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, kompleksin ərazisində torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*