3 milyardlıq zərər, sıfır məsuliyyət: Nazirin bu fikiri sərt TƏNQİD EDİLDİbackend

3 milyardlıq zərər, sıfır məsuliyyət: Nazirin bu fikiri sərt TƏNQİD EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Azərbaycanda minimum əməkhaqqının 130 manatdan 400 manata qaldırıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu açıqlama cəmiyyətin müxtəlif təbəqələri arasında fərqli reaksiyalarla qarşılanıb. İqtisadçı Asif İbrahimov nazirin fikirlərinə münasibət bildirib.

Azərbaycan iqtisadiyyatı üçün qızıl fürsət – <span style=color:red>2 milyard dollar gəlir - Medianews.az

Həmin paylaşımı təqdim edirik.

“Təəssüf ki, mən 2026-cı ilin ixtisarlar və resessiya ili olacağını demişdim…

Neçə illərdir iqtisadi-sosial proseslərlə bağlı fikirlərimi və proqnozlarımı bölüşürəm. Bu yanaşma nə kiməsə qarşı düşmənçilikdən, nə də tənqid etmək xatirinədir. Mövcud iqtisadi mənzərəyə, idarəetmədəki dərin böhrana və real vəziyyətə əsaslanır.

Bir çoxları paylaşımlarımı bəyənməkdən belə qorxur.

10 ildən çoxdur bir məsələni də vurğulayıram ki, bütün dövlət qurumlarında KPI, yəni fəaliyyətin səmərəliliyinin əsas göstəriciləri tətbiq olunmalıdır. Hər bir rəhbərin qarşısında ölçülə bilən hədəflər olmalı, nəticə yoxdursa məsuliyyət mexanizmi işə düşməlidir.

Bu gün isə cəmiyyət haqlı suallar verir. İqtisadi artım zəifləyir, bəzi sahələrdə problemlər dərinləşir, amma çox zaman nəticəyə görə məsuliyyət məsələsi gündəmə gəlmir.

Məsələn, dövlət müəssisələrinin fəaliyyəti, büdcə vəsaitlərinin səmərəli istifadəsi, xidmət keyfiyyəti ilə bağlı ciddi müzakirələr var. Əgər hər hansı qurum uzun müddət səmərəsiz işləyirsə, bunun səbəbləri araşdırılmalı və idarəetmə qərarları verilməlidir.

Kənd təsərrüfatında da illərdir inkişafdan danışılır, amma bazarda qiymətlər, istehsal imkanları və yerli məhsulun əlçatanlığı ilə bağlı problemlər qalır. Yay mövsümündə belə bəzi yerli meyvələrin yüksək qiymətə satılması sual yaradır ki, aqrar ölkədə yay mövsümündə gilasın qiyməti niyə 8-12 manat olmalıdır?

Dövlət büdcəsinə 3 mlrd zərər vuran Bakı Metropoliteninin rəhbərliyinin səlahiyyətləri niyə artırılmalıdır? 0% iqtisadi artıma görə kim cavab verməlidir?

İndi bir proqnoz da verim, bu idarəetmə modeli və məsuliyyət mexanizmi dəyişməsə, mövcud problemlər daha da yığılacaq. Bunun axırı heç yaxşı görünmür.

İqtisadiyyat rəqəmləri uzun müddət “gözləmə rejimində” saxlamaqla idarə olunmur. Nəticə tələb edən və ölçülə bilən idarəetmə sistemi qurulmalıdır.

Artıq “Mən bunu demişdim” demək istəmirəm….”

Müşviq Tofiqoğlu
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*