MİQ imtahanlarında yeni qaydabackend

MİQ imtahanlarında yeni qayda

Müəllimlərin İşə Qəbul (MİQ) sistemi üzrə ödəniş modulu qurulacaq.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedur tamamlanıb.

Plana əsasən, müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və sistemlərin modernləşdirilməsi nəzərdə tutulur.

Həmçinin sertifikatlaşdırma sistemlərinin funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması, müsabiqə zamanı vakansiya sisteminə texniki dəstək və operatorluq xidməti və s. xidmətlər göstəriləcək.

Layihənin ümumi dəyəri 513 min 827 manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*