Ermənistan-Türkiyə sərhədi bu tarixdə açılacaq – Aİ QƏRAR VERDİbackend

Ermənistan-Türkiyə sərhədi bu tarixdə açılacaq - Aİ QƏRAR VERDİ

Avropa İttifaqı Ermənistana Türkiyə ilə sərhəddə yerləşən buraxılış məntəqələrinə aparan yolların tikintisi ilə bağlı məsləhət dəstəyi göstərməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan məlumat verib.

Bildirilib ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə niyyət memorandumu imzalayıb.

Sənədə əsasən, Axurik–Kayan və Marqara–Kayan strateji istiqamətləri üzrə layihələrin hazırlanmasına dəstək göstəriləcək. Həmin layihələr sərhəd keçid məntəqələrinin Ermənistanın yol şəbəkəsi ilə əlaqəsini təmin etməyi hədəfləyir.

İlkin mərhələdə Avropa İnvestisiya Bankı Ermənistan tərəfinə məsləhət xidməti göstərəcək. Bankın mütəxəssisləri zəruri araşdırmaların həcmini müəyyənləşdirməyə, eləcə də infrastruktur layihələrinin icrası üçün texniki həllərin hazırlanmasına kömək edəcəklər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*